Azərbaycanda peşə liseylərinin buraxılış sinif şagirdləri haqqında məlumatların toplanması başa çatdı
Azərbaycanda peşə liseyləri üzrə 4411 buraxılış sinif şagirdi haqqında məlumatlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Şagird-məzun” sisteminə daxil edilib. Komissiyadan Trend-ə verilən məlumata görə, “2013/2014-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi məqsədilə peşə liseyləri əlaqələndiriciləri tərəfindən şagirdlərin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən buraxılış sinif şagirdlərinin əvvəlki tədris ilinin illik qiymətlərinin “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiq edilməsi mərhələsi başa çatıb.
Beləliklə, peşə liseyləri üzrə 4411 buraxılış sinif şagirdi haqqında məlumatlar “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilib. Bu da başa çatmış mərhələyə aid işlərin 100 faizini təşkil edir.
Trend.az