Azərbaycanda paralimpiya, deflimpiya, xüsusi olimpiya idman növləri üzrə yarışlarda iştirak edənlərin sığortası ilə bağlı dəyişiklik edilir

Posted by

“Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik edilir. Bununla bağlı Milli Məclisdə qanun layihəsi hazırlanıb.

Trend xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında həmin qanun layihəsi müzakirə olunub. Komitənin sədri Hadı Rəcəbli bildirib ki, qanun layihəsinə əsasən, “Bədən tərbiyəsi və idman haqqında” qanunun 16.8-ci maddəsinə dəyişiklik edilir. Dəyişikliyə görə, paralimpiya, deflimpiya, xüsusi olimpiya idman növləri üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak edənlər Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri tərəfindən bu qanunun 60.1-ci maddəsinə uyğun olaraq icbari qaydada sığorta olunur.

Qanunun 60.1-ci maddəsi isə aşağıdakı redaksiyada veriləcək: “Bədən tərbiyəsi ilə məşğul olan şəxslər, idmançılar, idman hakimləri, məşqçilər, bədən tərbiyəsi və idman sahəsində digər mütəxəssislər peşəkar (əmək) fəaliyyətləri ilə əlaqədar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilir”.

Bundan əlavə, 62-ci maddədə “müvafiq qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəlllərində nəzərə tutulmuş hallarda” sözləri ilə əvəz ediləcək.

Komitə sədrinin sözlərinə görə, idmançıların icbari sığortası onları ezam edən şəxslər və ya təşkilat tərəfindən həyata keçiriləcək.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Trend.az