Azərbaycanda olimpiya idman komplekslərinin saxlanılması üçün əlavə tədbirlər görüləcək

Posted by

Azərbaycanda olimpiya idman komplekslərinin saxlanılması üçün əlavə tədbirlər görüləcək

Azərbaycanda olimpiya idman komplekslərinin saxlanılması üçün əlavə tədbirlər görüləcək

 

Azərbaycanda olimpiya idman komplekslərinin saxlanılması üçün əlavə tədbirlər görüləcək

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, əsasnaməyə edilən dəyişikliyə görə, Gənclər və İdman Nazirliyi tabeliyində olan olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün Maliyyə Nazirliyi ilə birgə hesablamalar aparacaq.

Nazirlik tabeliyində olan olimpiya idman komplekslərinin fəaliyyət şəraiti (əsas vəsaitlərin və digər əmlakın köhnəlmə vəziyyəti, zəruri tikinti, quraşdırma, təmir, bərpa işləri, bu qurumların davamlı fəaliyyəti məqsədi ilə maddi-texniki təminatı) barədə illik məlumatı hər il iyun ayının 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Əlavəyə görə, Azərbaycan Maliyyə Nazirliyi, birgə hesablamalar əsasında, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə hər il dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün zəruri tədbirlər görməlidir.

Yerli icra hakimiyyəti orqanları aidiyyəti ərazidə fəaliyyət göstərən dövlət olimpiya idman komplekslərinin fəaliyyət şəraiti (əsas vəsaitlərin və digər əmlakın köhnəlmə vəziyyəti, zəruri tikinti, quraşdırma, təmir, bərpa işləri, bu qurumların davamlı fəaliyyəti məqsədi ilə maddi-texniki təminatı) barədə illik məlumatı hər il iyun ayının 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

 

Trend.az