Azərbaycanda nəsilartırma qabiliyyətini itirmək riski ilə üzləşənlərə yeni imkan yaradılacaq
Azərbaycanda nəsilartırma qabiliyyətini itirmək riski ilə üzləşənlərə yeni imkan yaradılacaq.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, Azərbaycanda reproduktiv sağlamlığın itirilməsi təhlükəsi olan nikah yaşına çatan kişi və qadınlar reproduktiv hüceyrələrini saxlaya biləcəklər. Bu, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, peşə fəaliyyətinin və ya hərbi mükəlləfiyyətin yerinə yetirilməsi ilə əlaqədar reproduktiv sağlamlığın itirilməsi təhlükəsi olduqda reproduktiv hüceyrələrin saxlanılması üzrə xidmətlər dövlət tibb müəssisələrində ödənişsiz həyata keçiriləcək.
Layihəyə görə, reprodiktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanılması və istifadəsi qadağandır.
Layihə insanın klonlaşdırılması məqsədilə reproduktiv hüceyrələrin və embrionun istifadəsini də qadağan edir.
Trend.az