Azərbaycanda “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram” təsdiqlənib

Posted by

Azərbaycanda “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram” təsdiqlənib

Azərbaycanda “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram” təsdiqlənib

Azərbaycanda “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram” təsdiqlənib

Nazirlər Kabineti “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram”ı təsdiq edib.

 

APA-nın verdiyi məlumata görə, Proqram insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

 

İnsan alverinə məruz qalmış uşağın reabilitasiyası və reinteqrasiyası zamanı onun nəinki ilkin, eyni zamanda gələcək ehtiyacları nəzərə alınmalıdır. Həmin uşaqların sosial-psixoloji reabilitasiyasına sığınacaqdan və yardım mərkəzindən çıxandan sonra da fərdi plan əsasında nəzarət edilməlidir. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən insan alveri qurbanlarının, xüsusilə uşaqların yaşı, cinsi və tələbatları, o cümlədən zəruri sığınacaq, təhsil və qayğıya olan ehtiyacları nəzərə alınır. İnsan alverinin qurbanı olmuş uşağa yardım göstərilərkən onun mənafeləri üstün tutulmalıdır. Onlara göstərilən xidmətlərin keyfiyyəti yardım mərkəzlərində işləyən əməkdaşların işə qəbulunda və işlədiyi dövrdə xüsusi hazırlığının olmasından və peşəkarlığının artırılması istiqamətində mütəmadi tədbirlərin görülməsindən asılıdır. İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyasının həyata keçirilməsi məqsədilə yardım mərkəzləri tərəfindən fərdi sosial reabilitasiya planı tərtib edilir. İnsan alverinin qurbanı olmuş uşaqlar sığınacaqdan çıxdıqdan sonra profilaktik və reabilitasiya tədbirlərinin davam etdirilməsi və onların təhlükəsizliyinin qorunması həmin uşaqların sağlam şəkildə cəmiyyətə reinteqrasiya olunması üçün vacibdir.

 

Bu Proqramın əsas məqsədləri insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası sahəsində mexanizmlərin təkmilləşdirilməsi, insan alverinin qurbanı olmuş uşaqların və potensial qurbanların hüquqlarının müdafiəsində effektivliyin artırılması üçün tədbirlərin gücləndirilməsi, bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və beynəlxalq təcrübənin öyrənilməsidir. Proqramın icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycanın dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.

 

Apa.az