Azərbaycanda nostrifikasiya ilə əlaqədar sənədlərin qəbulu dayandırılacaq

Posted by

Təhsil Nazirliyi nostrifikasiya ilə əlaqədar sənədlərin qəbulunu iyunun 1-dən müvəqqəti dayandıracaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, sənədlərin qəbulu iyunun 1-dən sentyabrın 1-dək müvəqqəti olaraq aparılmayacaq.

Bu müddət ərzində yalnız həqiqi hərbi xidmətdə olan, dövlət xətti və dövlət proqramı çərçivəsində təhsil alan, habelə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd təqdim edən vətəndaşların ərizələri qəbul olunacaq. Ümumi qaydada sənəd qəbulu isə 01.09.2014-cü il tarixindən bərpa olunacaq.

Qeyd edək ki, xarici dövlətlərin ali məktəblərində təhsil alan gənclər sənədlərini nostrifikasiyadan, yəni ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi prosedurundan keçirməlidirlər. Bu prosedur Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Trend.az