Azərbaycanda müəllimlərin sınaq qiymətləndirilməsinə hazırlıqlar başlayıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında keçirilməsi nəzərdə tutulan paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi ilə bağlı hazırlıqlara artıq başlanılıb.
İdarədən Trend-ə verilən məlumata görə, bu məqsədlə bu gün Bakı şəhərinin ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilib. Görüş zamanı məktəb direktorları sınaq qiymətləndirmənin əsas məqsəd və mahiyyəti barədə məlumatlandırılıb və sualları cavablandırılıb.
Bununla yanaşı, paytaxtın 12 rayonu üzrə ümumtəhsil müəssisələrində dərs deyən müəllimlərlə də yerlərdə görüşlərin keçirilməsinə və onların da sınaq qiymətləndirmə barədə məlumatlandırılmasına başlanacaq.
Qeyd edək ki, sınaq qiymətləndirmə diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir.
Trend.az