Azərbaycanda limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmini qaydası təsdiqləndi

Posted by

Azərbaycanda limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmini qaydası təsdiqləndiAzərbaycanda limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmini qaydası təsdiqləndi

Azərbaycanda limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmini qaydası təsdiqləndi

Azərbaycanda “Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası” təsdiqlənib.

 

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, limanlarda qanunsuz müdaxilə aktı zamanı həyata keçirilən təhlükəsizlik tədbirləri insanların həyat və sağlamlığına zərər yetirən, limana və limanın infrastruktur obyektlərinə, eləcə də saxlanılan və daşınan yüklərə ziyan vuran əməllərin aşkarlanmasına, qarşısının alınmasına, aradan qaldırılmasına, habelə bu əməllərin nəticələrinin minimuma endirilməsinə, qanunsuz müdaxilənin səbəblərinin və ona şərait yaradan amillərin müəyyən edilməsinə yönəldilmiş texniki, təşkilati və hüquqi tədbirlər kompleksindən ibarətdir.

 

Administrasiya limanda və limanın infrastruktur obyektlərində, habelə limanın sərhədləri daxilində olan gəmilərdə qanunsuz müdaxilə aktı və ya onun törədilməsi təhlükəsi barədə daxil olmuş məlumatı dərhal aidiyyəti hüquq-mühafizə orqanlarına, liman kapitanına və gəmilərin istismarçılarına ötürür və həmin məlumatın məxfi saxlanılmasını təmin edir. Qanunsuz müdaxilə aktı limanın sərhədləri daxilində olan gəmilərdə baş verdikdə, Administrasiya bu barədə Beynəlxalq Dəniz Təşkilatına məlumat verir.

 

Limanda və limanın infrastruktur obyektlərində, habelə limanın sərhədləri daxilində olan gəmilərdə qanunsuz müdaxilə aktının vaxtında aşkarlanması və qarşısının alınması məqsədi ilə liman idarəsi tərəfindən limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə məsul şəxslər müəyyən edilir.

 

Limanın və limanın infrastruktur obyektlərinin, gəmilərin, insanların, yüklərin, yükdaşıma vasitələrinin və gəmi ehtiyatlarının liman daxilində qanunsuz müdaxilə aktlarına qarşı mühafizəsini təmin etmək üçün tədbirlərdən ibarət limanın və limanın infrastruktur obyektlərinin mühafizə planı tətbiq edilir.

 

Administrasiya, aidiyyəti hüquq-mühafizə orqanları, habelə liman idarəsi qanunsuz müdaxilə aktı və ya onun törədilməsi təhlükəsi barədə daxil olmuş məlumatların həqiqiliyini yoxlayır, onları dəqiqləşdirir və əlavə məlumatlar toplayır, sonra həmin məlumatları təhlil edir və mövcud təhlükə riskini qiymətləndirdikdən sonra daxil olmuş məlumatlar həqiqətə uyğun olmadıqda, limanın və liman infrastruktur obyektlərinin normal iş rejimini bərpa edir.

 

Təhlükə riski yüksək olduqda, limanın və limanın infrastruktur obyektlərinin, limanda olan gəmilərin mühafizəsinin gücləndirilməsi, o cümlədən limanın perimetri və ona bitişik ərazilərdə, liman kanallarında, gəminin lövbər dayanacaqlarında, həmçinin limanın və limanın infrastruktur obyektlərində patrul xidmətinin aparılması təşkil edilir.

 

Qanunsuz müdaxilə aktı baş verdikdə və yaxud onun törədilmə təhlükəsi olduqda, limanın ərazisində və limanın infrastruktur obyektlərinin qarşısında kənar nəqliyyat vasitələrinin durması və dayanmasının qadağan edilməsi, habelə məhdud girişli zonaya buraxılışın məhdudlaşdırılması tədbiri də həyata keçirilir.

 

Limanda və limanın infrastruktur obyektlərində qanunsuz müdaxilə aktı baş verdikdə limanda yük və sərnişin daşınması əməliyyatlarının məhdudlaşdırılması və yaxud dayandırılması, xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanması, gəmilərin hərəkət etməsi ilə bağlı göstərişlər verilir.

 

Trend.az