Azərbaycanda əlillər bəzi binalara görə icarə haqqı ödəməyəcəklər

Posted by

Azərbaycanda əlillər bəzi binalara görə icarə haqqı ödəməyəcəklərAzərbaycanda əlillər bəzi binalara görə icarə haqqı ödəməyəcəklər

Azərbaycanda əlillər bəzi binalara görə icarə haqqı ödəməyəcəklər

Azərbaycanda əlilliyi olan şəxslərin ictimai birlikləri mədəni-kütləvi, idman klubları, mədəniyyət evləri, kitabxanalar və s. yerləşən binalar üçün icarə haqqını ödəməkdən azad ediləcəklər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan və hazırda ictimai müzakirə mərhələsində olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

 

Yeni layihəyə görə, əlilliyi olan şəxsin və uşağın mənzili müəyyən edilmiş tələblərə uyğun gəlmədikdə və ya onu həmin şəxsin tələbatına uyğunlaşdırmaq mümkün olmadıqda yaşayış sahəsi dəyişdirilə bilər. Bu, əlilliyi olan şəxsin və ya uşağın valideynlərinin, qəyyumlarının razılığı ilə və tələbi əsasında həyata keçirilir.

 

Trend.az