Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası göstəriciləri yüksəlib

Posted by

Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası göstəriciləri yüksəlibAzərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası göstəriciləri yüksəlib

Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası göstəriciləri yüksəlib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bərpa-müalicə xidmətlərinin təkmilləşməsi, həmçinin tibbi-sosial ekspertiza xidmətinin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində aparılan işlər əlilliyi olan şəxslərin reabilitasiyası üzrə göstəricilərin yüksəlməsi ilə müşahidə olunur.

Nazirlikdən Trend-ə verilən məlumata görə, cari ilin 9 ayı ərzində əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya göstəricisi 0,8 faizdən 2,6 faizə yüksəlib.

Hesabat dövründə təkrar olaraq əlillik müəyyən edilənlərin sayı 3707 nəfər, təkrar olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı isə 1544 nəfər azalıb.

Nazirliyin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir ki, son 9 ayda həmin müəssisələrdə ümumilikdə 5882 nəfər bərpa-müalicə xidməti ilə təmin edilib.

 

Trend.az