Azərbaycanda əlilliyi müəyyən edən komissiyalar yeni qaydada təşkil ediləcək
Nazirlər Kabineti “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”ni təsdiq edib.
APA-nın məlumatına görə, Əsasnamədə ümumi müddəalarla yanaşı, tibbi-sosial ekspert komissiyalarının təşkili, vəzifələri və hüquqları, komissiyalarda müayinə qaydaları, əlillik müddətinin müəyyən edilməsi və komissiyaların qərarlarından şikayət qaydaları kimi müddəalar öz əksini tapıb.
Qərara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabineti ilə razılaşdırmaqla, 3 ay müddətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində ərazi prinsipi əsasında tibbi-sosial ekspert komissiyaları yaratmalı, onların dislokasiyasını və sayını müəyyən etməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial ekspert komissiyalarının tərkibini, ştat cədvəlini və xərclər smetasını Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin təqdimatına əsasən təsdiq etməlidir.
Apa.az