Azərbaycanda keçiriləcək Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda 156 ölkədən 700 nəfərin iştirakı gözlənilir

Posted by

Azərbaycanda keçiriləcək Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda 156 ölkədən 700 nəfərin iştirakı gözlənilirAzərbaycanda keçiriləcək Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda 156 ölkədən 700 nəfərin iştirakı gözlənilir

Azərbaycanda keçiriləcək Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda 156 ölkədən 700 nəfərin iştirakı gözlənilir

“Sabah Azərbaycanda keçiriləcək Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda 156 ölkədən 700 nəfərin iştirakı gözlənilir”.

 

APA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, forum çərçivəsində “Gənclər üzrə Beynəlxalq Fəaliyyət üzrə Beynəlxalq Proqramın qəbulundan keçən 20 il ərzində əldə olunmuş nailiyyətlər və çatışmazlıqlar”, “Müasir gənclər siyasətinin əsas elementləri” və “Gənclər siyasəti hazırlanması üzrə Rəhbər Prinsiplər” plenar sessiyaların keçirilməsi nəzərdə tutulub: “Forum çərçivəsində təhsil, sahibkarlıq, sülh və təhlükəsizlik, gender bərabərliyi, asudə vaxtın təşkili, ümumilikdə 20-dən artıq mövzu müzakirə ediləcək. Forumun yekunu olaraq tövsiyə xarakterli sənəd hazırlanacaq. Keçiriləcək regional sessiyalara BMT-nin 5 iqtisadi komissiyası – Afrika, Qərbi Asiya, Asiya və Sakit Okean, Avropa, Latın Amerikası və Karib Hövzəsi ölkələri – rəhbərlik edəcək. Azərbaycandan tərəfinin ekspertləri Fərhad Hacıyev, Nadir Quluzadə, Şahin Seyidzadə və Fuad Muradovdur. Bu günə kimi 115 ölkə iştirakını hökumət səviyyəsində təsdiq edib”.

 

Nazir müavini vurğulayıb ki, Azərbaycan BMT-nin qlobal gənclər siyasətinə dəstək verən ilk ölkədir və bu Forum XXI əsrdə gənclər siyasəti ilə bağlı keçirilmiş ən böyük tədbirlərdən biridir.

 

Qeyd edək ki, Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT baş katibinin Gənclər üzrə elçisinin ofisi, UNESCO və Avropa Şurası tərəfindən keçirilir.

 

Apa.az