Azərbaycanda insan alverinin qurbanı olmuş uşaqların ilk peşə-ixtisas təhsili müəssisələrində ödənişsiz təhsil alması təmin olunacaq

Posted by

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı ilə birgə insan alverinin qurbanı olmuş uşaqların sosial müdafiəsini və məşğulluğunu təmin etmək məqsədilə onların ilk peşə-ixtisas təhsili müəssisələrində ödənişsiz təhsil alması və 15 yaşına çatmış uşaqların öz arzusu ilə işlə təmin olunması istiqamətində tədbirlər həyata keçirəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bununla bağlı olaraq Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilən «İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram»ın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında müvafiq bənd yer alıb.

2014-2016-cı illəri əhatə edən Tədbirlər Planında sözügedən uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası, onların və ailələrinin problemlərinin öyrənilməsi, onlara lazımi dəstəyin göstərilməsi, qeyd olunan sahədə qanunvericiliyin təkmilləşdirilməsi, ictimaiyyətin diqqətinin insan alverinin qurbanı olmuş uşaqlara yönəldilməsi və s. istiqamətlərdə tədbirlərin həyata keçirilməsi də əksini tapıb.

Apa.az