Azərbaycanda ilk dəfə piy toxumalarından alınmış gövdə hüceyrələrinin uğurlu implantasiyası həyata keçirilib
Hüceyrə terapiyasının metodlarının təkmilləşdirilməsi və kommersiyalaşdırılması ilə məşğul olan ABŞ-ın “Bioheart Inc” Tibbi Biotexnologiya Korporasiyası Azərbaycanda piy toxumalarından alınmış gövdə hüceyrələrinin ilk implantasiyasını Bakı Mərkəzi Hərbi Hospitalında uğurla həyata keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ABŞ-ın “The Wall Street Journal” qəzeti xəbər yayıb.
“Bioheart”-ın baş elmi əməkdaşı Kristin Komella deyib: “Gövdə hüceyrələri ilə müalicə demək olar ki, müasir tibb aləmini dəyişdirir. “Bioheart” bu texnologiyaları ağır xəstəliklərdən əziyyət çəkən pasiyentlərə çatdırdığına görə xoşbəxtdir”.
Trend.az