Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları yanvarda 9% artıb

Posted by

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə bu ilin yanvar ayı ərzində dövlət büdcəsinə daxilolmalar 97,313 mln. manat təşkil edib.

DGK-dən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% çoxdur.

Hesabat ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 19,041 mln. manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 73,535 mln. manat, aksizlər üzrə 3,549 mln. manat, yol vergisi üzrə isə 1,187 mln. manat təşkil edib.

Apa.az