Azərbaycanda gələn il üçün bayram günləri açıqlanıb
Azərbaycanda gələn il üçün bayram günləri açıqlanıb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, noyabrın 21-də “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edilib.
Qərara əsasən, 2015-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 17, 18 iyul Ramazan bayramı, 24, 25 sentyabr Qurban bayramıdır.
Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Trend.az