Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsi gələn il start götürəcək
Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsi 2015-ci ildə start götürəcək. Trend xəbər verir ki, bu barədə bazar ertəsi XX yubiley “BakuTel-2014” sərgi-konfransı ərəfəsində Bakıda keçirilən mətbuat konfransında Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.
Onun sözlərinə görə, layihənin üç il ərzində reallaşdırılması nəzərdə tutulur.
E.Vəlizadə deyib ki, layihənin reallaşdırılmasının birinci ilinin yekunları sonrakı illərdə görüləcək işlər üçün əsas yaradacaq: “Layihənin reallaşdırılmasının birinci ilində sərf ediləcək vəsait artıq sonrakı illərdə öz xərcini çıxaracaq. Əldə olunan vəsait yenidən təkrar investisiyalar şəklində genişzolaqlı internet infrastrukturunun genişləndirilməsinə yatırılacaq”.
Trend.az