“Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsinin açılış mərasimi keçirilir
Oktyabrın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsinin açılış mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Komitənin sədri Hicran Hüseynova ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılıqla mübarizənin gücləndirilməsi sahələri üzrə əldə olunan müsbət nailiyyətlərin Azərbaycan Prezidenti İlham Əliyevin siyasi dəstəyinin nəticəsi olduğunu vurğulayıb.
Komitənin sədri Ailə Strateqiyası, Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planının layihələrin hazırlandığı bildirib. O, bu sənədlərin selektiv abortlar, erkən nikahla və aildə zorakılıqla mübarizə ilə sahələri əhatə edəcəyini qeyd edib.
AZƏRTAC