Azərbaycanda elmi tədqiqatla məşğul olan alim qadınların sayı 2 dəfəyə yaxın artıb

Posted by

Azərbaycanda elmi tədqiqatla məşğul olan alim qadınların sayı 2 dəfəyə yaxın artıb

 

Azərbaycanda elmi tədqiqatla məşğul olan alim qadınların sayı 2 dəfəyə yaxın artıb

Azərbaycanda elmi tədqiqatla məşğul olan alim qadınların sayı 2 dəfəyə yaxın artıb

 

Son 5 ildə Azərbaycanda elmi tədqiqatla məşğul olan insanlar arasında elmlər doktoru dərəcəsi olan qadınların sayı 1,8 dəfə, fəlsəfə elmləri doktoru dərəcəsi olan qadınların sayı isə 1,6 dəfə artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanda doktorantların 49,2 faizini, bütün elmi işçilərin isə 51,2 faizini qadınlar təşkil edir.

2014-cü ilin mart ayının əvvəlinə olan məlumata əsasən, ölkə əhalisinin ümumi sayının 50,3 faizini və ya 4 milyon 772,4 min nəfərini qadınlar təşkil edir. Qadınların 57,3 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir. Ötən il doğulmuş 172,7 min körpənin 46,4 faizini qızlar təşkil edib.

Qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 yaş yüksək olaraq, 76,6 yaşa bərabərdir.

Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,8 faizdir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,2 faizi, orta ixtisas təhsil müəssisələrində 77,5 faizi, ali təhsil müəssisələrində 47,2 faizi, həkimlərin isə 64,4 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67,1 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,4 faizi qızlardır.

 

Trend.az