Azərbaycanda ekoloji gərginlik yaradan işlənmiş sürtkü yağları təkrar istifadə edilə bilər

Posted by

Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda ekoloji gərginlik yaradan işlənmiş sürtkü yağlarının təkrar istifadəsi istiqamətində elmi tədqiqatlara başlanılıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, respublikada avtomobil və digər texnikanın parkı ildən-ilə sürətlə artır və bunlarda istifadə olunan sürtkü yağlarının kənara atılması ətraf mühiti çirkləndirməklə ekoloji gərginlik yaradır. Ona görə müasir neft-kimya elminin qarşısında duran əsas məsələlərdən biri həmin zərərin minimuma endirilməsidir.

Bu nöqteyi-nəzərdən ekoloji gərginliyi mümkün qədər azaltmaq üçün həm sürtkü yağlarının keyfiyyətini xüsusi əlavələrlə – aşqarlarla yaxşılaşdıraraq onların işləmə müddətini artırmaq, həm də işlənmiş yağları regenerasiya (bərpa) edib yenidən istifadə etmək lazımdır.

İnstitutda işlənmiş yağların təkrar istifadəsini təmin etmək üçün yeni regenerasiya üsulu – texnoloji proses işlənib. Alınan məhsullar əsasında aşqar kompozisiyası ilə əmtəə yağının analoqu yaradılıb. Müəyyən edilib ki, müxtəlif təyinatlı motor yağının yaradılmasında regenerasiya olunmuş yağlar baza yağı kimi istifadə edilə bilər.

Trend.az