Azərbaycanda dövlət qulluqçuları ilə bağlı islahatlara dəstək olacaq layihənin təqdimatı olub

Posted by

Azərbaycanda dövlət qulluqçuları ilə bağlı islahatlara dəstək olacaq layihənin təqdimatı olubAzərbaycanda dövlət qulluqçuları ilə bağlı islahatlara dəstək olacaq layihənin təqdimatı olub

Azərbaycanda dövlət qulluqçuları ilə bağlı islahatlara dəstək olacaq layihənin təqdimatı olub

Bu gün Bakıda “İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya dəstək” layihəsinin təqdimat mərasimi keçirilib.

 

Trend xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov qeyd edib ki, bu layihə Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən birgə maliyyələşdirilir.

 

Onun sözlərinə görə, layihənin tam formada icrasına 2014-cü ilin sentyabr ayından başlanılıb. İcraçı qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və BMT-nin İnkişaf Proqramı cəlb edilib: “Əsas məqsədimiz Komissiyanın dövlət qulluqçularının təlimi və peşəkar inkişafı sahəsində siyasətin formalaşdırılması və həyata keçirilməsi, bu sahədə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə potensialın artırılmasıdır. Buna nail olmaq üçün layihə çərçivəsində Komissiyanın təlim və strategiya struktur bölməsinin qurulmasını, Təlim Mərkəzinin yaradılmasını, dövlət qulluqçuları üçün təlim strategiyasının hazırlanmasını, prioritet sahələrdə təlimçi bazasının formalaşdırılmasını hədəf seçmişik”.

 

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard bildirib ki, layihə çərçivəsində təlimlərin keçirilməsi dövlət qulluqçularının potensialının artırılmasına çox böyük töhfə verəcək: “Layihə çərçivəsində yeni təlim modulları hazırlanacaq və bu modullar üzrə təlimlər keçiriləcək”.

 

Qeyd edək ki, layihənin təqdimat mərasimində BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsi Antonius Broek, Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Bakı ofisinin rəhbəri Henninq Tvesten də iştirak ediblər.

 

Trend.az