Azərbaycanda dövlət qeydiyyatına alınan KİV-lərin sayı 5 100-ü ötüb

Posted by

Ötən il Ədliyyə Nazirliyi tərəfindən 50 mindən çox vətəndaşın müraciətinə baxılıb, 15 700 vətəndaş nazirlikdə, bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

APA-nın xəbərinə görə, bu barədə bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclasında bildirilib.

Diqqətə çatdırılıb ki, notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,6 milyonu ötüb, 350 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu əməliyyatlarla bağlı 40,3 milyon manatdan çox dövlət rüsumu və haqq ödənilib.

Dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4 300-ü, KİV-lərin sayı isə 5 100-ü ötüb.

Həmçinin qeyd olunub ki, ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər təkmilləşdirilib, ötən il nazirliyin 25 elektron xidmətindən istifadə edənlərin sayı əvvəlki illə müqayisədə 3 dəfə artaraq 1,8 milyondan çox olub. Hazırda yeni xidmətlərin tətbiqi üzrə işlər görülür.

Apa.az