Azərbaycanda dərs ilinin iyunda başa çatacağı gözlənilir

Posted by

Azərbaycanda dərs ilinin iyunda başa çatacağı gözlənilir

 

Azərbaycanda dərs ilinin iyunda başa çatacağı gözlənilir

Azərbaycanda dərs ilinin iyunda başa çatacağı gözlənilir

 

Azərbaycanda orta məktəblərdə tədris ilinin müddətinin dərs ilinin sonuna əlavə günlərin əlavə edilməsi hesabına uzadılacağı gözlənilir. Trend-in məluamatına görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə bildirib ki, tədris ilinin müddətinin artırılması məsələsi Təhsil Nazirliyi tərəfindən irəli sürülüb.

 

Nazir müavini deyib ki, tədris ilinin müddətinin növbəti dərs ilində uzadılacağı gözlənilir. Ancaq bu il dərs ili planlaşdırılmış vaxtda başa çatacaq. Çünki dərs ilinin uzadılması tədris proqramları ilə bağlı olduğundan bunu dərs ilinin ortadında etmək düzgün olmaz: “Bizim apardığımız analizlər onu göstərir ki, Azərbaycanda cəmi 32 tədris həftəsi var. Bu, aşağı bir göstəricidir. digər ölkələrdə bu müddət 38, bəzi ölkələrdə 40-43 həftəyə çatır. 32 həftə kifayət qədər qısadır. Tədris proqramları isə ağırdır, zaman keçdikcə bu yüngülləşmir. Dərs həftəsinin azaltmaqla biz bir günə düşən dərs yükününü artırırıq. Bu da bir çox hallarda valideynlərin haqlı narazılığına səbəb olur”.

 

C.Bayramov deyib ki, əlavə tədris həftələrinin dərs ilinin əvvəlinə, yaxud sonuna artırılacağı ilə bağlı dəqiq qərar yoxdur: “Ancaq böyük ehtimalla bu, dərs ilinin sonuna günlərin əlavə edilməsi hesabına olacaq. Dərs ilinin 3 həftəyədək artırılması nəzərfə tutulur.”

 

Trend.az