Azərbaycanda dərmanların alınması mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək
Gələn ildən ölkədə dərman preparatları və sarğı materiallarının alınması mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.
Trend-in məlumatına görə, bunu millət vəkili Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu qayda keyfiyyətli dərman preparatlarının artımına səbəb olacaq: “Çox təqdirəlayiq haldır ki, xəstəxanalarda dərman və sarğı vasitələri büdcədən ayrılan vəsaitlə alınacaq”.
Ə.Əmiraslanov qeyd edib ki, ölkədə adambaşına düşən səhiyyə xərcləri aşağıdır: “Biz bunu dövlətdən gözləməməliyik. Məncə “İcbari tibbi sığorta” ilə bağlı mühüm addımlar atılıb və yaxında bu, tətbiq olunacaq. O zaman biz adambaşına düşən səhiyyə xərclərini artıra biləcəyik”.
Trend.az