Azərbaycanda dəmir yollarının sanasiyası yaxın 5 ildə başa çatdırılacaq

Posted by

Azərbaycanda dəmir yollarının sanasiyası yaxın 5 ildə başa çatdırılacaq

 

Azərbaycanda dəmir yollarının sanasiyası yaxın 5 ildə başa çatdırılacaq

Azərbaycanda dəmir yollarının sanasiyası yaxın 5 ildə başa çatdırılacaq

 

Azərbaycanda dəmir yolları sahəsinin sanasiyası prosesi 2018-ci ilədək tam başa çatdıracaq.

 

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Qurban Nəzirov bildirib.

 

Onun sözlərinə görə, dəmir yollarının sağlamlaşdırılması prosesi Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmirindən başlayıb: «Bu gün bu istiqamətdə olan dəmir yolunda 30 mln. tona yaxın yük daşınır və həmin yüklərin 80%-i Bakı-Gürcüstan istiqamətində daşınır. Ona görə də ilk növbədə bu istiqamətdə yolların sağlamlaşdırılmasını nəzərdə tuturuq».

 

Q.Nəzirov deyib ki, Bakı-Böyük Kəsik istiqamətində 1 006 km yolun ümumi təmirinə ehtiyac olub: «Bu yolun 95 km-nin təmiri Avropa Yenidənqurma və İnkişaf Bankının vəsaiti hesabına 2010-cu ildə əsaslı təmir edilib. Daha 317 km yolun əsaslı təmiri Dünya Bankının vəsaiti hesabına ötən il artıq tamamlanıb. Bu gün həmin istiqamətdə 593 km yolun əsaslı təmirə ehtiyacı var. Bu istiqamətdə olan yolların təmirinin 2018-ci ilin sonuna qədər tam yekunlaşdırılması planlaşdırılır».

 

İdarə rəsmisi bildirib ki, bu yollar öz istismar müddətini bitirib. Onun fikrincə, dəmir yolunda baş verən qəzaların əksəriyyəti məhz bu yolların istismar müddətinin başa çatması ilə bağlıdır: «Dəmir yolunda istismar olunan ağac şpalların ömrü 17-18 ildir. Bu gün bu ağac şpallar beton şpallarla əvəz olunur. Eyni zamanda, Şimal istiqamətində dəmir yollarının təmirinə ehtiyac var. Bu istiqamətdə 250 km-ə yaxın yol var ki, bunun yarısından çoxunun əsaslı təmirə ehtiyacı tələb olunur. Daxili imkanlarımız hesabına bu yolun təmirini nəzərdə tutmuşuq. Gələcəkdə, Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində əsaslı təmir işləri bitdikdən sonra, Şimal istiqamətində təmir işləri davam etdiriləcək».

 

Apa.az