Azərbaycanda dinlərarası münasibətlər yüksək səviyyədədir

Posted by

Azərbaycanda dinlərarası münasibətlər yüksək səviyyədədirAzərbaycanda dinlərarası münasibətlər yüksək səviyyədədir

Azərbaycanda dinlərarası münasibətlər yüksək səviyyədədir

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşündə ölkəmizdə dinlər və məzhəblər arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu deyib.

Komitədən AzərTAc-a bildiriblər ki, səfir dini radikalizm meyillərinin getdikcə daha çox gücləndiyi müasir dünyamızda ekstremist qruplara qarşı birgə mübarizə aparılmasının, bununla bağlı təcrübə mübadiləsinin həyata keçirilməsinin zəruriliyini nəzərə çatdırıb.

Mübariz Qurbanlı builki Həcc ziyarətinin uğurlu təşkilinə, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Səudiyyə Ərəbistanı hökumətinə minnətdarlığını bildirib.

Radikal və ekstremist qrupların İslam dini ilə heç bir əlaqəsinin olmadığını qeyd edən sədr hazırda İslam ölkələri arasında belə qruplaşmalara ən az azərbaycanlıların qoşulduğunu vurğulayıb. M.Qurbanlı dini maarifləndirmənin gücləndirilməsinin, radikal qrupların gəlir mənbələrinin qarşısının alınmasının və onlara qarşı sərt hüquqi-inzibati tədbirlərin görülməsinin radikalizmlə mübarizədə mühüm elementlər olduğunu söyləyib.

Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlığın perspektivləri və gələcəkdə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

 

 

AzərTac.az