Azərbaycanda deputatlığa namizədliyinin qeydə alınması üçün 259 nəfər müraciət edib
Azərbaycanda keçiriləcək parlament seçkilərində namizədliyinin qeydə alınması üçün 259 nəfər müraciət edib. Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
İclasda Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək siyasi blok və partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb.
“Azadlıq-2015” siyasi partiyalar blokundan 57 nəfər parlament seçkiləri üzrə və 6 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə, Azərbaycan Demokratik İslahatlar Partiyasından (ADİP) 15 səlahiyyətli nümayəndə, Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) 7 nəfər səlahiyyətli nümayəndə, Azərbaycan Sosial Rifah Partiyasından 4 nəfər səlahiyyətli nümayəndə, 1 nəfər isə partiyanın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi, Müsavat Partiyasından 38 nəfər səlahiyyətli nümayəndə, Vətəndaş Həmrəyliyi Pariyasından (VHP) 10 nəfər səlahiyyətli nümayəndə, Azərbaycan Demokrat Partiyasından (ADP) 18 nəfər səlahiyyətli nümayəndə, 1 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıb.
MSK üzvləri Komissiyanın 2 sentyabr və 4 sentyabr tarixli iclaslarının protokollarını da yekdilliklə təsdiq ediblər.
Trend.az