Azərbaycanda əcnəbilərin sürücülük vəsiqəsini dəyişdirməsinə dair yeni tələb müəyyənləşdirilib

Posted by

Nazirlər Kabineti “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edib.

APA-nın məlumatına görə, Əsasnaməyə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin sürücülük vəsiqəsini dəyişdirməsini tənzimləməklə əlaqədar yeni müddəa əlavə edilib.

Beləliklə, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, həmin icazənin notarial qaydada təsdiq edilmiş surəti tələb olunacaq.

Apa.az