Azərbaycanda bütün bələdiyyələr üzrə namizədlər irəli sürülüb

Posted by

Azərbaycanda bütün bələdiyyələr üzrə namizədlər irəli sürülübAzərbaycanda bütün bələdiyyələr üzrə namizədlər irəli sürülüb

Azərbaycanda bütün bələdiyyələr üzrə namizədlər irəli sürülüb

Bu günədək 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı 37 175 namizəd qeydə alınıb.

 

Bunu APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli söyləyib.

 

Seçkilərdə 8 siyasi partiya namizədlərini irəli sürüb. Fərdi qayda namizədliklərini irəli sürən partiya üzvlərinin sayı nəzərə alınarsa, ümumilikdə 30 siyasi partiyanın üzvləri bələdiyyə seçkilərində namizəddirlər. Ş.Əsədli 118 seçki dairəsi üzrə 1607 bələdiyyənin hər birinə namizədlərin irəli sürüldüyünü açıqlayıb.

 

Qeyd edək ki, Dairə Seçki komissiyaları tərəfindən bələdiyyə seçkilərində imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərarın qəbul edilməsi üçün ayrılan müddət noyabrın 29-da başa çatıb. Ş.Əsədli bildirib ki, Seçki Məcəlləsinə əsasən, namizədlər seçki gününə 10 gün qalana qədər namizədliklərini geri götürə bilərlər. Ona görə də həmin müddətə qədər namizədlərin sayında dəyişiklik ola bilər.

 

Seçki qanunvericiliyinə əsasən bələdiyyə seçkilərində respublika üzrə bələdiyyələrin yarıdan çoxunda (yaxud ən azı 60 seçki dairəsində) namizəd irəli sürmüş partiya və partiya blokları pulsuz televiziya və radioda (İctimai Televiziya və radio) pulsuz efir, müvafiq dövrü nəşrdə ödənişsiz dərc yeri almaq hüququ qazanır. Bu hüququ 2014-cü il 23 dekabr tarixində keçiriləcək bələdiyyə seçkilərində bu hüququ yalnız Yeni Azərbaycan Partiyası (YAP) qazanıb. YAP partiyaların və müstəqil namizədlərin seçkiqabağı təşviqatında bərabərlik prinsipinin gözlənilməsi naminə bu hüququndan imtina edib.

 

2014-cü il dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı bu gündən seçkiqabağı təşviqat noyabrın 30-da başlayıb, dekabrın 22-də saat 8:00-da başa çatır. Ş.Əsədli bildirib ki, səsvermə günü və ondan əvvəlki gün seçkiqabağı təşviqat aparmaq qadağandır və yolverilməzdir.

 

Apa.az