Azərbaycanda bayram günləri 15 minə yaxın sürücünün surət həddini aşması faktı aşkarlanıb

Posted by

Bayram günləri respublika ərazisində keçirilən reydlər zamanı 15 minə yaxın sürücünün surət həddini aşması faktı aşkar edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, martın 20-dən 27-dək respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi məqsədi ilə keçirilən reyd zamanı nəqliyyat vasitələrini sərxoş halda idarə edən 693 sərxoş sürücü aşkar edilərək inzibati qaydada məsuliyyəti cəlb edilib.

K. Əliyev, surət həddini aşan 14308, təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə edən 4407, ötmə əməliyyatını düzgün yerinə yetirməyən 1013, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə edən 91 sürücü barəsində inzibati protokol tərtib edildiyini açıqlayıb.

Apa.az