Azərbaycanda avtomobillərin ististmarına qadağa qoyulması şərtlərinə daha biri əlavə edilir
Azərbaycanda avtomobil mühərrikinin qazları xaric etmə sisteminə tələblərə cavab verməyən dəyişikliklik edildikdə onun istismarı qadağan edilə bilər.
Trend-in məlumatına görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Qanun layihəsi hazırlanıb.
Dəyişikliyə əsasən, “Yol hərəkəti haqqında” Qanuna 1 saylı Əlavənin – “Nəqliyyat vasitələrini istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı”nın VI bölməsinə 4-cü bənd əlavə edilməsi nəzərdə tutulur. Əlavəyə görə, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə nəqliyyat vasitəsinin istismarı qadağan edilə bilər.
Qanun layihəsi Milli Məclisin Dövlət Quruculuğu və hüquq siyasəti komitəsinin iclasında müzakirə edilərək parlamentin plenar iclasına çıxarılması barədə qərar qəbul edilib.
Trend/az