Azərbaycanda autizm xəstəliyi ilə bağlı təkliflər irəli sürüldü

Posted by

Azərbaycanda autizm xəstəliyi ilə bağlı təkliflər irəli sürüldüAzərbaycanda autizm xəstəliyi ilə bağlı təkliflər irəli sürüldü

Azərbaycanda autizm xəstəliyi ilə bağlı təkliflər irəli sürüldü

Bu gün Milli Məclisin Sosial Siyasət Komitəsinin iclasında autizm xəstəliyinə tutulan uşaqların problemləri ilə bağlı dinləmə keçirilib. Trend-in məlumatına görə, iclasda komitə üzvləri, Azərbaycan və Türkiyədən olan mütəxəssislər, müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edib.

 

İclası giriş sözü ilə açan komitə sədri Hadi Rəcəbli deyib ki, təşkil edilən dinləmələr cəmiyyətin sosial sifarişinin hüquqi əsaslarını formalaşdırmaq baxımından önəmlidir.

 

O bildirib ki, Azərbaycanda autizm xəstəliyinə tutulan uşaqların sosial müdafiəsi gündəmdədir. H.Rəcəblinin sözlərinə görə, bu gün autizm xəstələrinin sayı ilə bağlı rəqəmlərdə uyğunsuzluq var: “Çünki, biz autizm xəstələrini əvvəllər lal-kar, şizofireniya qurupuna yazmışıq. Beləliklə də bu statistikanın özü Azərbaycanda və dünyada mübahisəlidir. Statistikaya görə dünyada autizm xəstələrinin sayı 60-70 mindir. Azərbaycanda isə 3500 uşaq bu xəstəliyin daşıyıcısıdır. Bu baxımdan göstərilən rəqəmlər düşündürücüdür. Hesab edirəm ki, bu statistikaya yenidən baxılmalıdır. Bəzən deyirlər ki, oğlanlar bu xəstəliyə daha çox tutulur. Belə ki, bu xəstəliyə tutulan hər 5 uşaqdan 4-ü oğlandır”.

 

H.Rəcəbli deyib ki, bu xəstəliklə bağlı Azərbaycanı Türkiyə təcrübəsi daha çox maraqlandırır.

 

Konya Səlcuqlu Bələdiyyəsinin sədri Uğur İbrahim Altay çıxışında autizm xəstəliyi ilə bağlı Türkiyə təcrübəsini iclas iştirakçılarının diqqətinə çatdırırb: “Bizim bələdiyyə sosial məsuliyyət layihəsi çərçivəsində ailələrin problemlərini yüngülləşdirəcək addımlar atır. Adətən analar uşağa qoyulan diaqnozdan sonra sosial həyatdan kənarda qalırlar və onlarda müəyyən psixoloji problemlər əmələ gəlir. Xalqdan gələn tələb üzərinə biz bu xəstəliyə tutulan uşaqların bir ömür boyu yaşaması üçün reabilitasiya mərkəzi inşa edirik”.

 

Daha sonra çıxış edən Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri, Azərbaycanın baş psixiatrı, professor Gəray Gəraybəyli deyib ki, autizim xəstəliyi sırf tibbi məsələ deyil. Onun sözlərinə görə, həkimlərin, psixiatrların səyi bu xəstəliyin diaqnozuna yönəlib: “Xəstəlik daha çox oğlan uşaqlarında müşahidə olunur. Xəstələrin ailələrinə sosial yardım göstərilməlidir”.

 

Tədbirdə çıxış edən digər millət vəkilləri də Azərbaycanda bu xəstəliyə dair hüquqi baza yaradılmasını təklif edib. İclasda ekspertlərin bu sahə ilə bağlı təklifləri dinlənilib.

 

Apa.az