Azərbaycanda ailəli insanların sayı artıb
Azərbaycanda ailə quran insanların sayı artıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, hazırda Azərbaycanda 2 013 800 ailə (2014-cü ilin əvvəlinə olan məlumata görə) var. 2012-ci ildə ölkədəki ailələrin sayı 1 988 200, 2011-ci ildə 1 936 000, 2010-cu ildə 1 911 900, 2009-cu ildə 1 895 941 olub.
Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Trend-ə bildirib ki, hazırda Azərbaycanda demoqrafik problem yoxdur. Azərbaycanda 4, 5, 6, hətta 11-13 uşağı olan ailələr olar: “Son 20 ili götürsək, Azərbaycanda müəyyən dövrlərdə təbii artımda azalmalar olsa da, ümumilikdə təbii artımla bağlı problem yoxdur”.
Trend.az