Azərbaycanda 5-dən çox uşağı olduğuna görə müavinət alan qadınların sayı açıqlandı
Azərbaycanda 5-dən çox uşağı olan 649 qadın sosial müavinət alır.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, həmin müavinətlər qadınlara Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən bu il yanvarın 1-dən verilir. Ölkədə 5-dən çox uşağı olan 649 qadın bu müavinəti 2781 uşaq üçün alır.
Qeyd edək ki, “Sosial müavinətlər haqqında” qanuna əsasən, 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə ayrıca müavinət verilir. Müavinətin aylıq məbləği 30 manatdır.
Müavinət 1 yaşından (1 yaşı tamam olduqdan sonra) 18 yaşına qədər olan uşaqlara verilir. Uşağın 18 yaşı tamam olduqda müavinətin verilməsi dayandırılacaq.
Trend/az