Azərbaycanda 2017-ci ildən qeyri-dövlət pensiya fondları fəaliyyətə başlaya biləcək
Nazirlər Kabineti, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu 2015-ci ildə əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması üzrə təkliflər hazırlamalıdırlar.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyev tərfindən təsdiqlənən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”ında yer alıb.
Nazirlər Kabineti, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Mərkəzi Bank,Dövlət Sosial Müdafiə Fondu, aidiyyəti dövlət orqanları 2015-2017-ci illərdə isə qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yaradılmasınl təmin etməlidirlər. Beləliklə, Azərbaycanda 2017-ci ildən qeyri-dövlət pensiya fondları fəaliyyətə başlaya biləcək
Apa.az