Azərbaycanda 2015-ci ilin dövlət büdcəsi təsdiqləndi, yaşayış minimumu və ehtiyac meyarının həddi artırıldı

Posted by

Azərbaycanda 2015-ci ilin dövlət büdcəsi təsdiqləndi, yaşayış minimumu və ehtiyac meyarının həddi artırıldıAzərbaycanda 2015-ci ilin dövlət büdcəsi təsdiqləndi, yaşayış minimumu və ehtiyac meyarının həddi artırıldı

Azərbaycanda 2015-ci ilin dövlət büdcəsi təsdiqləndi, yaşayış minimumu və ehtiyac meyarının həddi artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il üçün yaşayış minimumu haqqında Qanunu təsdiqləndi.

 

Qanunda qeyd olunub ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilsin.

 

Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev həmçinin “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunub ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

Prezident İlham Əliyev o cümlədən Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib.

 

Qanunda qeyd olunub ki, Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 438 000,0 min manat, xərcləri 21 100 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 18 603 462,0 min manat, yerli gəlirləri 834 538,0 min manat, mərkəzləşdirilmiş xərcləri 19 446 050,0 min manat, yerli xərcləri 1 653 950,0 min manat) məbləğində təsdiq edilsin.

 

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu da təsdiqləyib.

 

Qanunda qeyd edilib ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilsin.

 

Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Trend.az