Azərbaycan yol polisi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət etdi

Posted by

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

İdarədən Trend-ə daxil olan məlumata görə, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarında müvafiq dəyişikliklərin edilməsinə qədər respublikadaxili yük daşımalarında avtonəqliyyat vasitələrinin ümumi kütləsi üzrə Azərbaycan Nəqliyyat Nazirliyi ilə razılaşdırılaraq aşağıda göstərilən hədlərin tətbiqi müəyyən edilib.

Mövcud qanunvericiliyə görə, yükdaşımaların ümumi kütləsi ikioxlu yük avtonəqliyyat vasitəsi üçün 18 ton, üçoxlu yük avtonəqliyyat vasitəsi üçün (pnevmatik avadanlıqlarla təchiz olunmuş) 30 ton, digərləri üçün 27 ton, dördoxlu yük avtonəqliyyat vasitəsi üçün 40 ton, beşoxlu yük avtonəqliyyat vasitəsi üçün isə 44 ton müəyyən edilib.

Azərbaycan yol polisi sürücülərdən xahiş edir ki, yükdaşıma qaydalarına ciddi riayət etsinlər.

Trend.az