Azərbaycan XİN başçısı Aİ və “Şərq tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin toplantısında iştirak edəcək

Posted by

Azərbaycan XİN başçısı Aİ və "Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin toplantısında iştirak edəcəkAzərbaycan XİN başçısı Aİ və “Şərq tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin toplantısında iştirak edəcək

Azərbaycan XİN başçısı Aİ və "Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin toplantısında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti aprel 20-də Lüksemburqa yola düşüb.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, nazir orada keçiriləcək “Şərq tərəfdaşlığı”nda iştirak edən və Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə iştirak edəcək.

 

Xatırladaq ki, konfrans Aİ Xarici Əlaqələr Şurasının iclası çərçivəsində baş tutacaq. Konfransa Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndə Federika Mogerini sədrlik edəcək.

 

Görüşdə, əsasən mayın 21-22-də Riqada keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq məsələləri müzakirə olunacaq. Konfransda Aİ-nin Latın Amerikası və Karib dənizi ölkələri ilə münasibətləri, Liviya, Yəmən məsələsi və İranın nüvə proqramı üzrə danışılar müzakirə ediləcək.

 

Apa.az