Azərbaycan Xarici İşlər Nazirliyində Fransanın səfiri ilə görüş keçirilib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfir Paskal Mönye diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Elmar Məmmədyarov Paskal Mönyeyə gələcək fəaliyyətində uğurlar arzu edib.
AZƏRTAC