Azərbaycan vətəndaşları Türkiyədə partlayışda həlak olmuş mədənçilərin ailələrinə maddi yardım göstərməklə bağlı müraciət ediblər

Posted by

Bu gün Bakının Əjdərbəy məscidində oxunan cümə xütbəsi Türkiyənin Manisa vilayətindəki kömür mədənində baş vermiş faciə qurbanlarına həsr olunub.

Trend xəbər verir ki, cümə xütbəsini oxuyan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Salman Musayev bildirib ki, Türkiyədə baş verən bu faciə türk qardaşlarımız, kimi hər bir müsəlmanı, hər bir Azərbaycan vətəndaşını da dərindən sarsıdıb. O, bütün Türkiyəyə və faciə qurbanlarının ailələrinə başsağlığı verərək, faciə qurbanlarına Allahdan rəhmət, sağ qalanlara şəfa diləyib.

Onun sözlərinə görə, məscidə sıravi vətəndaşlardan Türkiyədə baş vermiş faciə qurbanlarının ailələrinə yardım edilməsi üçün müraciətlər daxil olur. Əgər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam Allahşükür Paşazadə məsləhət bilərsə, bu məsələyə baxıla bilər və müraciət edən dindarlar tərəfindən edilən yardımlar Türkiyə tərəfinə təqdim ediləcək.

Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Sadiq Eraslan Türkiyənin bu çətin anında Azərbaycanın onların yanında olmasını yüksək dəyərləndirib. Ən çətin anda, faciə günündə əsl qardaşlıq və dostluq göstərdiyinə görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib.

Onun sözlərinə görə, ediləcək maddi yardımın həcmi də önəmli deyil. Önəmli olan bu diqqətin göstərilməsidir: “Millətimizin başı sağ olsun. Bunu deyəndə təkcə Türkiyəni deyil, Azərbaycanı da nəzərdə tuturam. Çünki Azərbaycan Türkiyə ilə hər zaman, şad və pis gündə də bir yerdədir”.

Sonra faciə qurbanlarının ruhuna Quran oxunub, namaz qılınıb.

Cümə xütbəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri və Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edib.

Qeyd edək ki, bu gün Azərbaycanın bütün məscidlərində Cümə xütbələri Türkiyədə Soma qəsəbəsindəki kömür mədənində baş vermiş faciəyə həsr olunub, faciə qurbanlarının ruhuna dualar oxunub.

Xatırladaq ki, faciə nəticəsində 284 nəfər ölüb.

Trend.az