Azərbaycan və Yaponiya seysmoloqları əməkdaşlığı genişləndirəcəklər

Posted by

Azərbaycan və Yaponiya seysmoloqları əməkdaşlığı genişləndirəcəklərAzərbaycan və Yaponiya seysmoloqları əməkdaşlığı genişləndirəcəklər

Azərbaycan və Yaponiya seysmoloqları əməkdaşlığı genişləndirəcəklər

Azərbaycan və Yaponiya seysmoloqlarının palçıq vulkanlarının öyrənilməsi və Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində əməkdaşlığı genişləndirəcək.

Trend-in məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli və Yaponiyanın “SHİNYEİ OYO S-İ” şırkətinin seysmik avadanlıqların istehsalı və tətbiqi üzrə baş mühəndisi Enji Koide arasında keçirilən görüşdə razılıq əldə olunub.

Enji Koide Azərbaycan seysmoloqlarının seysmik müşahidələrin aparılması, eləcə də palçıq vulkanları ilə zəlzələlər arasında əlaqənin öyrənilməsinə dair maraqlı işlər apardıqlarını qeyd edib. O, gələcəkdə bu sahədə təcrübə mübadiləsini genişləndirmək niyyətində olduqlarını deyib.

RSXM-nin Baş direktoru Q.Yetirmişli isə ötən il Azərbaycan ərazisində baş verən vulkanın püskürməsi zamanı aparılan seysmoloji müşahidələr haqqında qonağa ətraflı məlumat verib.

Görüşdə həmçinin Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində Azərbaycan və Yaponiya seysmoloqları arasında əməkdaşlığın dərinləçdirilməsi haqqında da fikir mübadiləsi aparılıb.

 

Trend.az