Azərbaycan və Rusiya: yaxınlaşma iqtisadi asılılıq amili deyil

Posted by

Azərbaycan və Rusiya: yaxınlaşma iqtisadi asılılıq amili deyilAzərbaycan və Rusiya: yaxınlaşma iqtisadi asılılıq amili deyil

Azərbaycan və Rusiya: yaxınlaşma iqtisadi asılılıq amili deyil

Azərbaycan iqtisadiyyatının inkişafının Rusiya iqtisadiyyatının artım templəri ilə heç bir əlaqəsi yoxdur. Bu barədə cümə günü Trend-ə iqtisadi elmlər doktoru, Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri Oqtay Haqverdiyev Beynəlxalq Valyuta Fondunun (BVF) “Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində regional iqtisadi inkişafın perspektivləri” məruzəsini şərh edərkən deyib.

 

Məruzədə qeyd olunur ki, bu il regionun iqtisadi artımı iqtisadi çətinliklər yaşayan Rusiya ilə qismən sıx əlaqələrindən irəli gələrək təxminən 5,5 faizədək azalacaq.

 

Haqverdiyev bildirib: “Mən bu məsələdə BVF ilə razı deyiləm. Hələ Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə qədər Azərbaycanda ÜDM-in artım sürəti nisbətən – 2-3 faizədək azalmışdı, bu arada illik iqtisadi artım 4-5 faiz təşkil etmişdi, hələ 30 faizlik artım barədə danışmıram”.

 

Onun sözlərinə görə, illik artımın azalması Azərbaycanda neft hasilatı həcmlərinin bir qədər azalması ilə bağlı idi. Ekspert izah edib: “Azərbaycanın ixrac strukturunda neft, qaz və neft məhsulları 92 faiz təşkil edir. Ona görə də Rusiyada nə baş verməsindən asılı olmayaraq, neft hasilatı həcmlərinin azalması ilə bağlı [biz ildə təxminən 50-52 milyon ton neft hasil edirdik, indi isə bu səviyyə 40 milyon tonadək aşağı düşüb], neft sahəsində artım templəri aşağı [illik 1-2 faiz] düşür. Eyni zamanda qeyri-neft sektorunda artım templəri 8-10 faiz təşkil edir, yəni faktiki olaraq onlar [neft və qeyri-neft sektoru] yerlərini dəyişirlər. Bu, ondan xəbər verir ki, Rusiya iqtisadiyyatının artım templərinin regionun digər ölkələrindən fərqli olaraq, konkret Azərbaycanla heç bir əlaqəsi yoxdur”.

 

Onun fikrincə, belə vəziyyət 2018-2019-cu illərədək, yəni “Şahdəniz-2” layihəsi işə düşənədək davam edəcək. “Layihə öz işinə başlayan kimi, neft sektoru öz işini davam etdirəcək. İndi dünya bazarında neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar neft sektorunda vəziyyət ağırlaşır. Lakin qeyri-neft sektorunda artım bu vəziyyəti aradan qaldırır”.

 

O.Haqverdiyev bildirib ki, Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycanın xarici ticarətinə xüsusi təsir göstərmir: “Əlbəttə, Rusiya MDB ərazisində bizim əsas tərəfdaşımızdır, lakin bizim xarici siyasətimizdə Rusiyanın xüsusi çəkisi cəmi təxminən 2,71 faiz təşkil edir. Bizim əsas bazarımız Türkiyə, Avropa, Asiya, İsrail və digərləridir”.

 

Ekspert qeyd edib ki, Azərbaycanın 53 milyard dollar təşkil edən qızıl valyuta ehtiyatları da xarici proseslərin yaratdıqları risklərin azalmasının zəmanətidir.

 

Dünən BVF “Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində regional iqtisadi inkişafın perspektivləri” məruzəsini dərc edib. Məruzədə deyilir ki, Qafqaz və Mərkəzi Asiyanın (Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan) neft ixrac edən ölkələrində artım bu il 2013-cü ildəki 6,8 faizlə müqayisədə 5,6 faiz artıb. Məruzədə deyilir: “Həmin ölkələr Rusiyada artımın ləngiməsindən şaxələndirilmiş ixrac bazarları və son illər büdcə ehtiyatlarının doldurmağa imkan verən neftin yüksək qiymətləri sayəsində müəyyən dərəcədə müdafiə olunublar”.

 

Buna baxmayaraq, neft ixracatçısı olan ölkələrin qeyri-neft sektorunun artımı proqnozlara görə, istehlak kreditləşmələrinin yubanması, investorların həddindən artıq ehtiyatlılığı və Rusiya ilə Ukrayna arasında münaqişə ilə əlaqədar geosiyasi risklərin artması səbəbindən təxminən bir faiz bəndi azalacaq.

 

APA.az