Azərbaycan və Rusiya Xəzərdə avtomobillərin dəniz vasitəsilə daşınmasını qaydaya salır

Posted by

2014-cü ilin aprelindən Bakı və Həştərxan beynəlxalq limanlarından avtomobillərin daşınmasını həyata keçirən “Ro-Rо” tipli gəmilər işləməyə başlayacaqlar. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov çərşənbə axşamı Milli Məclisin deputatları ilə görüşündə bildirib.

Onun sözlərinə görə, gəmilərin reysləri Azərbaycan və Rusiya arasında imzalanmış müvafiq hökumətlərarası saziş çərçivəsində həyata keçiriləcək.

Qurbanovun qeyd etdiyi kimi, habelə gəmiçilik mövsümünün başlanması ilə “Bəstəkar Qara Qarayev” (Azərbaycan) və “Bəstəkar Rahmaninov”(Rusiya) gəmiləri xəttə çıxacaq.

“Bəstəkar Qara Qarayev” gəmisi 60 “KAMAZ” markalı maşını və ya 40 qoşqulu yük avtomobilini göyərtəsinə götürə bilər.

Milli Məclisin deputatları çərşənbə günü Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının fəaliyyəti ilə tanış olmaq, eləcə də hazırda parlamentdə baxılan “Dəniz limanları haqqında” qanun layihəsinin müzakirəsi üçün ARDDA-da olublar.

Trend.az