Azərbaycan və İran dini sahədə birgə əməkdaşlığa dair yeni sənəd hazırlayır

Posted by

Azərbaycan və İran dini sahədə birgə əməkdaşlığa dair yeni sənəd hazırlayırAzərbaycan və İran dini sahədə birgə əməkdaşlığa dair yeni sənəd hazırlayır

Azərbaycan və İran dini sahədə birgə əməkdaşlığa dair yeni sənəd hazırlayır

İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkman Bakıya səfər edəcək. Bunu Trend-ə eksklüziv açıqlamasında İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi deyib.

 

İ.İbrahimi bildirib ki, Ə.İ.Türkman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının dəvəti ilə dekabrın 3-də Bakıya səfər edəcək.

 

Onun sözlərinə görə, Ə.İ.Türkman iki günlük səfəri zamanı M.Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşəcək.

 

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri deyib ki, görüşlərdə iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığının genişləndirilməsi məqsədi ilə imzalanacaq sənəd müzakirə olunacaq: “Bundan başqa, dini sahədə əməkdaşlığın inkişafı məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə protokolun hazırlanması məsələsi müzakirə olunacaq”.

 

İ.İbrahimi qeyd edib ki, Azərbaycan və İran arasında, xüsusilə prezidentlərin qarşılıqlı səfərindən sonra əlaqələr hərtərəfli inkişaf etdirilir: “Əbuzər İbrahimi Türkmanın da səfəri Azərbaycan və İran arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinə zəmin yaradacaq”.

 

Trend.az