Azərbaycan və Mərakeş arasında gömrük sahəsində əməkdaşlıq barədə saziş imzalanıb

Posted by

Azərbaycan və Mərakeş arasında gömrük sahəsində əməkdaşlıq barədə saziş imzalanıb

Azərbaycan və Mərakeş arasında gömrük sahəsində əməkdaşlıq barədə saziş imzalanıb

Azərbaycan və Mərakeş arasında gömrük sahəsində əməkdaşlıq barədə saziş imzalanıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndə heyətinin Mərakeşə səfəri çərçivəsində Rabatda iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq barədə saziş imzalanıb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, imzalanmadan əvvəl DGK-nın sədri Aydın Əliyev Mərakeş Krallığının Gömrük və Vergi Administrasiyasının baş direktoru Zuhr Şorgi ilə görüşüb. Görüşdə Mərakeş tərəfinə Azərbaycan iqtisadiyyatı və vergi islahatları barədə məlumat verilib. Komitə sədri ölkəmizdə gömrük xidmətinin inkişafından, beynəlxalq əməkdaşlığın genişləndirilməsindən, istər qanunvericilik bazasının möhkəmləndirilməsində, büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışıb, xüsusilə maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

O bildirib ki, Dünya Gömrük Təşkilatı ilə əməkdaşlığın gücləndirilməsi, Azərbaycan gömrüyünün modernləşdirilməsi, kadrların peşəkarlıq səviyyəsinin artırılması prioritet məsələlərdir. Bu istiqamətdə Azərbaycan Mərakeş ilə əməkdaşlığa böyük önəm verir.

Mərakeşin Gömrük və Vergi Administrasiyasının baş direktoru Z.Şorgi əməkdaşlıq sazişinin iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminlik ifadə edib. Bildirilib ki, sənədin imzalanmasından sonra qarşılıqlı səfərlər təşkil olunacaq, kadrların təcrübə mübadiləsi aparılacaq.

A.Əliyev Mərakeş Krallığının iqtisadiyyat və maliyyə naziri Əl-Əzəmi Əl İdrissi ilə də görüşüb. Görüşdə Azərbaycan-Mərakeş iqtisadi əlaqələrinin perspektivləri müzakirə olunub.

 

Trend.az