Azərbaycan və Macarıstan elmi sahədə əməkdaşlıq edəcək

Posted by

Azərbaycan və Macarıstan elmi sahədə əməkdaşlıq edəcəkAzərbaycan və Macarıstan elmi sahədə əməkdaşlıq edəcək

Azərbaycan və Macarıstan elmi sahədə əməkdaşlıq edəcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Macarıstan İnnovasiyalar İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb.

 

Akademiyadan Trend-ə verilən məlumata görə, memorandumu Macarıstan-Azərbaycan biznes forumu çərçivəsində Macarıstan Milli İnnovasiya Ofisinin rəhbəri Endre Spaller və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin müdiri Vüqar Babayev imzalayıb.

 

Sənəddə tərəflərin razılaşdırdığı sahələr üzrə layihələrin həyata keçirilməsi, alim və mütəxəssislərin qarşılıqlı mübadiləsi, birgə konfrans, simpozium, seminar və digər tədbirlərin təşkil olunması, elmi müəssisələr arasında texnologiyalar mübadiləsinin aparılması, həmçinin çoxtərəfli və regional elmi, texnoloji və inkişaf proqram və layihələrində iştirakın və əməkdaşlığın dəstəklənməsi nəzərdə tutulub.

 

Trend.az