Azərbaycan və Latviya arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Posted by

Azərbaycan və Latviya arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilibAzərbaycan və Latviya arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Azərbaycan və Latviya arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Bu gün Xarici İşlər Nazirliyində Azərbaycan və Latviya arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

 

Nazirlikdən Trend-ə verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici İşlər nazirinin müavini Xələf Xələfov, Latviyanı isə xarici işlər nazirliyinin dövlət katibi Andres Pildeqoviç təmsil edib.

 

X.Xələfov Azərbaycanın ilə Latviya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar, xüsusilə Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığın olduğunu qeyd edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

 

İki ölkə arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən razılığını ifadə edən Andres Pildeqoviç hal-hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Latviyanın bir sıra tədbirlər keçirməyi planlaşdırdığını və Azərbaycanın sözügedən tədbirlərdə iştirakından məmnun olacaqlarını diqqətə çatdırıb. Yüksək səviyyəli dövlət rəsmilərinin səfər mübadiləsinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafında önəmini vurğulayan Andres Pildeqoviç cari ildə bir sıra səfərlərin planlaşdırıldığını diqqətə çatdırıb

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən X.Xələfov, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını, təcavüz və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının fundamental hüquqlarının pozulduğunu, Avropa İttifaqında bu məsələyə münasibətdə ikili standartlara yol verildiyini, sözügedən münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib. Aİ-nın bütün mövcud münaqişələrə münasibətdə vahid yanaşma göstərməsinin zəruriliyini xüsusilə qeyd edib.

 

A.Pildeqoviç dövlətlərin ərazi bötüvlüyü və suverenliyinin Latviya üçün fundamental prinsip olduğunu vurğulayıb.

 

Görüş zamanı qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Trend/az