Azərbaycan və Küveyt minalarla və neftlə çirklənmiş ərazilərin təmizlənməsi üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər

Posted by

7-11 may 2014-cü il tarixlərində Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təşəbbüsü və ölkəmizin Küveyt Dövlətindəki səfirliyinin dəstəyi ilə Küveyt Dövlət Neft Şirkəti Korporativ Xidmətlər Direktoratının vitse-prezidenti İsmayıl Abdullanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri həyata keçirilir.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər zamanı ANAMA-nın direktoru Nazim İsmayılov və AIDA-nın rəisi Əşrəf Şıxəliyevin iştirakı ilə nümayəndə heyəti arasında keçirilmiş görüşdə minalarla və neftlə çirklənmiş ərazilərin təmizlənməsi və bərpası sahəsində Azərbaycanın əldə etdiyi təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb və bu istiqamətdə mümkün əməkdaşlıq məsələləri müzakirə olunub.

Həmçinin səfər çərçivəsində qonaqların Azərbaycan Respublikası Dövlət Neft Şirkətində və Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutunda görüşləri keçirilib.

Trend.az