Azərbaycan və BƏƏ müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə ediblər

Posted by

Azərbaycan və BƏƏ müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə ediblər Azərbaycan və BƏƏ müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və BƏƏ müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə ediblər

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad Zonaların Təhlükəsizliyi Baş İdarəsinin baş direktoru Casim Məhəmməd Əz-Zaabinin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.

 

Trend Müdafiə Sənayesi Nazirliyinə istinadən məlumat verir ki, Y.Camalov Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.

 

Nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

 

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

 

Trend.az