Azərbaycan və Avstraliya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycanın xairici işlər naziri Elmar Məmmədyarov noyabrın 7-8-də İndoneziyada keçirilən Demokratik Forumda iştirakı çərçivəsində Avstraliyanın xarici işlər naziri Culiya Bişop ilə görüşüb.
Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar və xüsusilə BMT Təhlükəsizlik Şurası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüş zamanı avstraliyalı nazir Azərbaycanın Avstraliyadakı səfirliyinin fəaliyyətə başlamasını yüksək qiymətləndirib və səfirliyin fəaliyyətinin iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.